Hazırki gənc nəsil jurnalistlərinin də birinci sələfi 1875-ci ilin bu günündə min bir çətinliklə qəzet hasil edən Həsən bəy Zərdabidir. Bu gün o tarixdən 139 il ötür. Çox şeylər dəyişib, amma jurnalistikada nəsillərarası əlaqə bu gün də özünü qoruyub saxlamaqdadır. Modern.az gənc nəsil jurnalistləri arasında “klassik publisistika tariximizdən ən çox kimə dəyər verirsiniz” sualı ətrafında sorğu keçirib:
Kamil Həmidov (gun.az): “Həsən Bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Məmməd Nazimoğlu”.
Dilqəm Əhməd (“Gündəlik teleqraf” qəzeti): “Ömər Faiq Nemanzadə, Əhməd Ağaoğlu, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə”.
İntiqam Valehoğlu (aznews.az): “Ədəbiyyatda Nizami, Füzuli klassiklərimizdir, mətbuatda da Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil eyni statusu daşıyırlar”.
Elnur Eltürk (Baymedia.az):"Məhəmməd Əmin Rəsulzadə,Üzeyir Hacıbəyli,Mirzə Cəlil, Haşım bəy Vəzifov, Sultan Məcid Qənizadə, Əli bəy Hüseynzadə, Ə.B.Topçubaşov, Əhməd bəy Ağaoğlu
Hacıbəy Heydərli (azxeber.com): “Zərdabi, Mirzə Cəlil”İlkin Piralı müstəqil jurnalist: “Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə”.
Murad Əhməd (hafta.az): “Rəsulzadə, Zərdabi, Nəcəf Nəcəfov”.
Elmin Nuri