Lerik rayonu, Piran kəndi (rayon mərkəzindən 35 km aralı) ərazisində 10 ha dağlıq meşə zolağında baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 2 ədəd helekopter, 1 ədəd yanğınsöndürmə təyyarəsi, yanğın texnikası və şəxsi heyət cəlb edilmişdir. Eləcədə yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN az öncə bildirib ki, Lənkəran rayonu, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə yerləşən hissəsində də yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 2 ədəd yanğınsöndürmə texnikası və şəxsi heyət cəlb edilibr. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Modern.az