Modern.az

İcra başçısı prezidenti məmurlara nümunə göstərdi

İcra başçısı prezidenti məmurlara nümunə göstərdi

23 İyul 2014, 14:37

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  bu gün Arayatılı kəndində növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə rayonun idarə müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Qeyd deyib ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir. Alı Alıyev ölkə başçısının vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını vurğulayıb.    
Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri tərəfindən qaldırılan ev bərpası, iş, artezian vurulması və digər məsələlər İcra başçısının göstərişi ilə yerindəcə həll edilib, başqaları isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildiriblər. Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, gələcəkdə görülməsi nəzərdə tutulmuş işlər barədə məlumat verib. Səyyar qəbul-görüşdə Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov iştirak edib.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir