Modern.az

Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinə 50 yer ayrılıb

Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinə 50 yer ayrılıb

23 İyul 2014, 16:41


Bu il Bakı Slavyan Univeristetinin (BSU) jurnalistika fakültəsinə plan üzrə 50 yer ayrılıb. Bunu Modern.az-a BSU-nun mətbuat xidmətindən bildiriblər. Bu yerlərdən 30-u Azərbaycan, 20-si isə rus bölməsinin payına düşür.

Mətbuat xidmətindən onu da bildiriblər ki, jurnalistika fakültəsində qiyabi təhsil üçün plan yeri ayrılmayıb.

Qeyd edək ki, bu ildən jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər. Belə ki, bu il jurnalist olmaq istəyən 569 nəfər anket doldurub. Ali məktəblərə qəbul üçün keçirilən test imtahanında müvafiq balı toplayan abituriyentlər qabiliyət imtahanında iştirak etmək hüququ qazanır.

Anket yazan və eyni zamanda müvafiq balı toplayan abituriyentlər bu ayın sonuna qədər keçiriləcək qabiliyyət imtahanında iştirak edəcəklər. Onlar müəyyən mövzular üzərində inşalar yazacaqlar və həmin inşaları xüsusi komissiya üzvləri qiymətləndirəcəklər.
Qabiliyyətdən keçənlər öz ixtisas seçimlərində jurnalistikanı yaza biləcəklər, kəsilənlərə isə bu şans verilməyəcək.

Rüfanə GÜNƏŞ

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir