İyulun 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, “Xəqani” bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə “Xəqani” bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar.