Modern.az

Akademiyada xaricdəki alimlərin vətənə qaytarılması müzakirə olundu

Akademiyada xaricdəki alimlərin vətənə qaytarılması müzakirə olundu

23 İyul 2014, 18:18



Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələrini qəbul edib.

Modern.az xəbər verir ki, görüşdə akademiklər Akif Alizadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla və Bilik Fondunun sədri Oqtay Səmədov prezidentin sərəncamı ilə yeni yaradılan fondun gələcək istiqamətləri haqqında danışıblar. Əsas istiqamətlər kimi ölkə xaricində yaşayan alimlərin vətənə qaytarılması və elmin ölkədə populyarlığının artırılması ilə bağlı olub.

Qeyd edək ki, Bilik Fondunun himayədarlar şurasının digər üzviləri akademiklər  Əhliman Əmiraslanov, Urxan Ələkbərov, deputat Sahibə Qafarova, Mübariz Qurbanlı, Azərpaşa Nemətovdur.  

Elmin Nuri
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir