Modern.az

Jurnalist Rauf Mirqədirovun işi Apellyasiya Məhkəməsinə göndərildi

Jurnalist Rauf Mirqədirovun işi Apellyasiya Məhkəməsinə göndərildi

Təhsil

24 İyul 2014, 09:54

“Nəsimi rayon Məhkəməsi (hakim Babək Pənahov) təqsirləndirilən şəxs Mirqədirov Rauf Həbibulla oğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin əlavə olaraq 4 ay müddətində uzadılmasına dair müstəntiqin 14.07.2014-cü il tarixli vəsatəti və bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 14.07.2014-cü il tarixli təqdimatı üzrə 15.07.2014-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirini əlavə olaraq 4 ay müddətinə uzadıb”.

Bu barədə Modern.az saytına jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.

Vəkil bildirir ki, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib və eyni zamanda qeyd olunan bu məhkəmə iclasında çoxsaylı prosessual pozuntulara yol verilməsi ilə əlaqədar 19 iyul 2014-cü il tarixdə məhkəmə iclas protokoluna dair ətraflı yazılı qeydini Nəsimi rayon Məhkəməsinə göndərib.

“Lakin bir az bundan öncə bizə məlum olub ki, Nəsimi rayon Məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinin tələblərini pozaraq, müdafiə tərəfinin 19 iyul 2014-cü il tarixli yazılı qeydinə baxmadan və ona dair heç bir qərar qəbul etmədən işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib”.

Elmar Süleymanovun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclasının protokoluna dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir.

“Yuxarıdakıları nəzərə alaraq, müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, aşağıdakıların təmin olunmasını xahiş edəcək. 

Nəsimi rayon Məhkəməsinin (Hakim Babək Pənahov) təqsirləndirilən şəxs Mirqədirov Rauf Həbibulla oğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin əlavə olaraq 4 ay müddətində uzadılmasına dair 15.07.2014-cü il tarixli məhkəmə iclas protokoluna dair müdafiə tərəfinin 19 iyul 2014-cü il tarixli yazılı qeydinə Nəsimi rayon Məhkəməsi tərəfindən baxılmaması və ona dair heç bir qərarın qəbul edilməməsi ilə əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatına olan Nəsimi rayon Məhkəməsinin (Hakim Babək Pənahov) təqsirləndirilən şəxs Mirqədirov Rauf Həbibulla oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin əlavə olaraq 4 ay müddətində uzadılmasına dair 15.07.2014-cü il tarixli qərarından müdafiə tərəfinin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının baxışından çıxarılsın və Nəsimi rayon Məhkəməsinin (Hakim Babək Pənahov) təqsirləndirilən şəxs Mirqədirov Rauf Həbibulla oğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin əlavə olaraq 4 ay müddətində uzadılmasına dair 15.07.2014-cü il tarixli məhkəmə iclas protokoluna dair müdafiə tərəfinin 19 iyul 2014-cü il tarixli yazılı qeydinə baxılması və ona dair qərarın qəbul edilməsi və sonradan müdafiə tərəfinin apellyasiya şikayəti ilə birlikdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilməsi məqsədilə Nəsimi rayon Məhkəməsinə geri qaytarılsın”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir