“Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil məktəblərinin şagirdləri Təhsil Nazirliyinin tabeliyindəki liseylərdə boş yer olduğu və qəbul başa çatmadığı təqdirdə ərizə ilə müraciət edə bilərlər. Bu zaman şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılır və daha istedadlılar seçilərək liseyə qəbul edilir”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Türk liseylərində təhsil alan şagirdlərin Valideynlər Şurasının rəhbəri Gülnarə Bağırova Təhsil Nazirliyindən onlara yeni təklifin gəldiyini demişdi. Bildirilmişdi ki, əgər uşaqlar başqa liseylərdə təhsil almaq istəyirlərsə, bunun üçün avqust ayında yenidən imtahan verməlidirlər.
Rüfanə GÜNƏŞ