“Mən rəhbəri olduğum “Xalq Arzusu Hərəkatı”nın fəaliyyətindən danışmaq istəmirəm”. Bunu Modern.az saytına açıqlamasında adıçəkilən təşkilatın rəhbəri Asəf Quliyev deyib. Onun sözlərinə görə, hazırkı siyasi situasiyada “Xalq Arzusu Hərəkatı” təşkilatının fəaliyyəti, perspektivi haqqında şərh vermək istəmir.
Asəf Quliyev bunun səbəbləri ilə bağlı bəzi məqamlara da toxunub: “Bu, bir neçə daxili səbəblə bağlıdır. Təşkilatımızın toplantısı, iclasları olandan sonra mətbuata ətraflı açıqlamalar veriləcək”.
Qeyd edək ki, Asəf Quliyev 2013-cü il prezident seçkisi ərəfəsində Milli Şuradan və AXCP-dən istefa verdiyini bəyan edib. Bundan bir müddət sonra “Xalq Arzusu Hərəkatı” adlı qurum yaradıb.
Aqşin Kərimov