Modern.az

Sülhəddin Əkbər: “Tapdıq Abbasın Müsavatdan çıxarılması səhv idi, mən ona inanıram”

Sülhəddin Əkbər: “Tapdıq Abbasın Müsavatdan çıxarılması səhv idi, mən ona inanıram”

Təhsil

24 İyul 2014, 12:50

“Tapdıq Abbas Müsavat Partiyasından çıxarılanda mən həmin təşkilatda Məclis sədri idim. Onun Müsavat sıralarından kənarlaşdırılması həmin partiyanın yanlışlığı idi”. Bunu Modern.az saytına Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Tapdıq Abbasın partiyada Məclis sədri olmasını şərh edərkən deyib.

O bildirib ki, Tapdıq Abbasın siyasi nüfuzunun aşağı olması ilə bağlı iddialar əsassızdır. Sülhəddin Əkbərin sözlərinə görə, Tapdıq Abbasın Azad Demokratlar Partiyasında təmsil olunması qətiyyən onu narahat etmir: “Tapdıq Abbas Azərbaycan cəmiyyətində yaxşı tanınır.

O, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Partiya üzvlərimizin hamısı bütün bunları nəzərə alıb onun Məclis sədrliyinə namizədliyini müdafiə ediblər. İnanıram ki, partiya quruculuğuna bütün imkanlarını və potensialını sərf edəcək”.

Qeyd edək ki, Tapdıq Abbas Müsavatın üzvü olarkən  2010-cu mərhum eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməsi partiya daxilində birmənalı qarşılanmamışdı. Böyük söz-söhbətlərdən sonra o, 2010-cu ilin Milli Məclisə seçkilər zamanı Müsavatdan getdiyini bəyan edib.

 

Tapdıq Abbas həm də “Paralel” qəzetinin baş redaktorudur. 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir