Modern.az

Azərbaycanın qızları Ermənistana gedib

Azərbaycanın qızları Ermənistana gedib

Təhsil

24 İyul 2014, 12:51

Oxçularımızdan 2 qız mübarizəni davam etdirir...


“Hal-hazırda Ermənistanda keçirilən Avropa Oxçuluq yarışmasında komandamızın iki xanım iştirakçısı mübarizəni davam etdirir. Çox təəssüflər olsun ki, oğlanlarımız yarışmanı tərk ediblər”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin  rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, yarışmanı davam etdirən üç xanım oxçu - Svetlana Simonova, Leyla Fazilova, Olya Senyuk 21 komandanın arasında komanda hesabında 9-cu yerdədirlər:

“Onların içində bizim qızlar da var. Bu gün həmin idmançılar öz aralarında mübarizə aparacaqlar. Qalib gələnlər sabah final mərhələsində iştirak edəcəklər. Azərbaycandan mübarizəni davam etdirənlər Svetlana Simonova və Olya Senyukdur.  ”.

S.Məmmədova həmçinin idmançılarımızın təhlükəsizlik məsələsinə də toxundu: “Ümumilikdə vəziyyət çox yaxşıdır. Ermənistan tərəfi komandamıza yaxşı münasibət göstərir. Təhlükəsizliyimiz də təmin olunur”.

Qeyd edək ki, iyulun 21-dən Ermənistanın Armavir vilayətinin Arşalyus bölgəsində Avropa  Oxçuluq yarışması keçirilir.

Azərbaycandan Ermənistana getmiş heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir