Ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olan abituriyentlərin qəbul olduqları kolleclərdə qeydiyyatı bu gün saat 17:00-da başa çatır. Modern.az-ın məlumatına görə bunu, Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, göstərilən müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.
Rüfanə GÜNƏŞ