Modern.az

Mərhum Vüqar Həşimovun doğum günüdür

Mərhum Vüqar Həşimovun doğum günüdür

Təhsil

24 İyul 2014, 14:49

Bu gün mərhum qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun doğum günüdür.
Modern.az-ın məlumatına görə, Vüqar Həşimov  24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 
2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub, o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer alırdı.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir