Modern.az

Ukrayna parlamentindəki koalisiya dağıldı

Ukrayna parlamentindəki koalisiya dağıldı

Təhsil

24 İyul 2014, 14:50

 

Ukrayna Ali Radasının bugünkü iclasında “UDAR” və “Azadlıq” partiyalarının fraksiyalarının liderləri parlament koalisiyasından çıxdıqlarını bəyan ediblər.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, iclasda koalisiyadan çıxdıqlarını bəyan edən “UDAR”ın lideri ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacib olduğunu vurğulayıb. “Azadlıq” fraksiyasının lideri Oleq Tyaqnibok isə Ukraynanın Şərqində hərbi vəziyyət elan olunmasına çağırıb

Digər məlumata görə, keçmiş baş nazir Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” fraksiyası da koalisiyadan çıxdığını elan edib.

  

Modern.az   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir