Modern.az

Yazıçılar Birliyi internet televiziyası açır - ÖZƏL

Yazıçılar Birliyi internet televiziyası açır - ÖZƏL

Təhsil

24 İyul 2014, 15:09


Azərbaycan Yazıçılar Birliyinin “Ayb.TV” adlı yeni onlayn televiziyası fəaliyyətə başlayacaq. Qurumun mətbuat katibi Xəyal Rzanın Modern.az-a verdiyi məlumata görə, “Ayb.TV”  ünvanında fəaliyyət göstərəcək onlayn televiziya çox maraqlı layihə kimi nəzərdə tutulub. X.Rzanın açıqlamasına görə, yalnız ideya olmasına baxmayaraq, reallaşması o qədər də uzaqda deyil: “Hələ ki fikir olaraq qalır. Həyata keçirə bilsək, çox maraqlı layihə olacaq”.

Onlayn televiziyada ədəbi proqramlara və ədəbi gündəmə aid olan buraxılışlara üstünlük veriləcək.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir