Keçən il ali məktəblərə qəbul imtahanına 700 bal toplayan Osman Müslümov Tibb Universitetindəki ilk ilini “4” və “5” qiymətləri ilə başa vurub. Bunu Modern.az saytına o özü deyib.
Qeyd edək ki, Osman Müslümov Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) 2013-2014-cü tədris ili üçün ali məktəblərə keçirdiyi qəbul imthanında IV ixtisas qrupu üzrə 700 bal toplamışdı. O, 98 saylı məktəbin məzunudur və “Araz” kurslarına da iki il hazırlığa getmişdi.
Qeyd edək ki, o, adıçəkiln universitetin müalicə işi fakültəsində təhsil alır.
Rüfanə GÜNƏŞ