Modern.az

Fazil Mustafa: “Ombudsman girovlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət etməlidir”

Fazil Mustafa: “Ombudsman girovlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət etməlidir”

Təhsil

24 İyul 2014, 15:54

 

“Girovların geri qaytarılması ilə bağlı Ombudsman Aparatının fəaliyyəti xeyli məhduddur”. Bunu Modern.az-a Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

  

Onun sözlərinə görə,  girovların geri qaytarılması ilə bağlı Ombudsman Aparatı dünya ombudsmanlarına müraciət etməyə də bilər. “Çünki ombudsmanın ölkə daxilindəki insan hüquqları pozuntuları ilə bağlı daha effektli fəaliyyət göstərmək imkanları var. Qanunvericilik də buna imkan verir”.

 

F.Mustafanın fikrincə, azərbaycanlı girovların geri qaytarılması üçün ümumi təbliğatdan söhbət gedirsə,  təbii ki, Ombudsman Aparatının müraciətlər etməsi vacibdır: “Ümumiyyətlə, təkcə ombudsman yox, QHT-lər də bu məsələdə aktivlik nümayiş etdirməlidirlər. Ombudsman isə sülh və girovlar problemi ilə məşğul olan QHT-rə, beynəlxalq nüfuzlu təşkilatlara müraciətlər etməlidir  ki, problem bir az da qabardılsın.  Ermənistan öz bildiyi şəkildə bu problemləri həll etməyə çalışır.

Ona görə də düşmən tərəfi əgər kiminsə rəyini nəzərə alsaydı, torpaqlarımızı işğaldan azad edərdi. Bu baxımdan buna ümid etməyək. Qəzzada o qədər insan öldürülür, BMT-nin baş katibi ölənləri qınayır, deyir  ki, “niyə ölürsünüz?” Belə bir dünyada yaşadığımızı unutmamalıyıq”.

 

  

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir