Modern.az

“Neftçi” “Koper”ə, “İnter” “Elfsborg”a qarşı

“Neftçi”  “Koper”ə, “İnter” “Elfsborg”a qarşı

Təhsil

24 İyul 2014, 16:08

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən paytaxtın “Neftçi” və “İnter” klubları cavab matçlarına çıxacaqlar.

İlk olaraq meydana “İnter” klubu çıxacaq. Səfərdə İsveçin “Elfsborg” klubunu 1-0 hesabı ilə məğlub edən təmsilçimiz bu görüşün  də favoriti hesab olunur. “Elfsborg”la oyuna “bankir”lər ciddi itki ilə çıxacaq. Belə ki, “Tiraspol”la ilk matçda zədələnən  Elvin Məmmədov bu axşamkı matçı buraxmalı olacaq.

Bu matç bitdikdən dərhal sonra isə digər təmsilçimiz “Neftçi” klubu səfər də meydana çıxacaq. İlk görüşdə Bakıda Sloveniyanın “Koper” klubuna 1-2 hesabı ilə uduzan “Neftçi”nin növbəti tur imkanı az da olsa, qalır. “Neftçi” klubunun heyətində zədəli və ya cəzalı furbolçu yoxdur.

Qeyd edək ki, “İnter”-“Elfsborg” matçı Bakı vaxtı ilə saat 21:00-da Şəfa stadionunda, “Koper”-“Neftçi” oyunu isə Bakı vaxtı ilə 23:30-da baş tutacaq. 

Fərrux Həsənli
Azərbaycan Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir