Modern.az

Yoxa çıxan təyyarənin düşdüyü yer bəlli oldu

Yoxa çıxan təyyarənin düşdüyü yer bəlli oldu

Təhsil

24 İyul 2014, 16:29

 

Radarlardan yoxa çıxan Əlcəzairin “Air Algerie” hava şirkətinə məxsus təyyarə Nigeriyanın paytaxtı yaxınlığında yerə düşüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, DC-9 hava layneri ilə əlaqə Burkino-Fasonun paytaxtından havaya qalxdıqdan 50 dəqiqə sonra itib.

Məlumatda qeyd edilir ki, təyyarə Əlcəzairlə sərhədə olanda ekipaj görmə məsafəsi pis olduğuna görə uçuş kursunu digər təyyarə ilə toqquşmamaq üçün dəyişməyi xahiş edib. Təyyarə ilə əlaqə də uçuş səmti dəyişiləndən sonra itib.

Təyyarə Uaqaduqu-Əlcəzair marşrutu ilə uçurmuş.

Göyərtəsində ən azı 110 sərnişinin və 6 ekipaj üzvünün olduğu bildirilir.

 

Əlcəzairdə artıq faciənin səbəbini araşdırmaq üçün böhran mərkəzi yaradılıb.

  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir