Avropa Liqasının II təsnifat mərhələsində çıxış edən Bakının “Nefti” klubu uğurlu nəticə əldə edib.
Modern.az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi “Neftçi” səfərdə Sloveniyanın “Koper” klubu ilə qarşılaşıb. İlk oyunda doğma meydanda rəqibinə uduzan (1:2) komandamız çətin sınaq qarşısında idi.
“Neftçi” mərhələni adlamaq üçün rəqib qapısından ən azı iki cavabsız qol keçirməli idi ki, bunu da bacarıb - 2:0. Bununla da, "Neftçi" Avroliqadakı mübarizəni davam etdirir. Təmsilçimizin növbəti mərhələdəki rəqibi Gürcüstanın "Çixura" klubu olacaq.