Modern.az

ABŞ-dan RƏSMİ AÇIQLAMA “Davudoğlu bölgədə əsas oyunçudur”

ABŞ-dan RƏSMİ AÇIQLAMA “Davudoğlu bölgədə əsas oyunçudur”

Təhsil

25 İyul 2014, 10:00


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Marie Harf Türkiyənin İsraillə “Həmas” arasında atəşkəs sazişinin imzalanmasındakkı rolundan danışıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ rəsmisi bu işdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu amilindən söz açıb. Onun sözlərinə görə Əhməd Davudoğlu İsraillə “Həmas” aarsında atəşkəs razılığının əldə edilməsində kilid, əsas bir oyunçudur.

“Türkiyə bizim bu istiqamətdə apara bilmədiyimiz danışıqları reallaşdıra bilər. Açığı, bu işdə Türkiyənin xarici işlər naziri bölgədə aparıcı oyunçudur və bu mənada o vəziyyətə təsir edə bilər”,-deyə M. Harf söyləyib.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir