Modern.az

Rəis Rəsulzadədən XƏBƏR var

Rəis Rəsulzadədən XƏBƏR var

Təhsil

25 İyul 2014, 10:23

Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin banisi  M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə müalicə olunmaq üçün Almaniyaya göndərilib.Onun bütün müalicə xərclərini Azərbaycan dövləti üzərinə götürüb. M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu bu günlərdə Almaniyaya R.Rəsulzadənin yanına gedib, onun müalicəsi ilə maraqlanıb.

N.Yaqublu Modern.az saytına açıqlamasında Prezident Aparatı əməkdaşlarına ona  bu şəraiti yaratdıqlarına görə təşəkkür etdiyini bildirib:”Rəis bəy ağır əməliyyat olunub və hazırda vəziyyəti yaxşılaşmaq üzrədir.Almaniyadakı müalicəsi artıq başa çatır. Bu ayın sonlarında  Bakıya qayıdacaq. Ancaq ildə iki dəfə yenidən Almaniyaya gedib həkimlərin müayinəsindən keçməlidir. İnanıram ki,onun müalicəsinin davam etdirilməsinə də ölkə rəhbərliyi tərəfindən diqqət ediləcək. Rəis bəy hazırda Berlinin mərkəzinə yaxın bir yerdə(Adenauer plast-Adenauer meydanı) mehmanxana şəraitində yaşayır. Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları onunla maraqlanır və xəstəxanaya gedib-gəlməsini təmin edirlər. Biz onun əhval-ruhiyyəsini yüksəltmək üçün şəhər gəzintisini də təşkil etdik”.

N.Yaqublu onu da qeyd edib ki, Berlində onun babasının –M.Ə.Rəsulzadənin fəliyyət göstərdiyi çox yerlər var. Berlində Çarlettenburq bölgəsində 1932 –ci ildə “İstiqlal” qəzeti,1934-cü ildə “Qurtuluş” jurnalı çıxıb. M.Ə.Rəsulzadə indi də Berlində məşhur olan “Adlon” mehmanxanasındakı məşhur toplantıda 1942-ci ildə iştirak edib.Təbii ki,bizim hamımızın arzusu Rəis bəyin müalicəsinin uğurla başa çatması və Azərbaycana qayıdıb bizimlə birgə olmasıdır.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir