Modern.az

İlisuda yanğın söndürülüb

İlisuda yanğın söndürülüb

Təhsil

25 İyul 2014, 11:05


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətnuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 4-də axşam saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. 
Dərhal əraziyə cəlb olunmuş İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində gecə saat 03:30 radələrində yanğının qarşısı tam alınaraq Qoruq ərazisinə keçməsinə imkan verilməyib.
Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib.

  Gülşən RAUFQIZI  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir