“Təhsil Nazirliyi cənab prezidentin sərəncamı ilə bağlı işçi qrupu yaradıb. İşçi qrup Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlı müvafiq təkliflər hazırlayacaq".
Bunu
Modern.az-a Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov regional idarələrin yaradılması məsələsinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezident Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin regional idarələrinin yaradılmasını qərara alıb. Sərəncama əsasən, 62 təhsil şöbəsi ləğv edilərək əvəzində 15 regional təhsil idarəsi yaradılmalıdır.
Rüfanə GÜNƏŞ