Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova birinci müavin və müavin təyin edib.

Prezidentin sərəncamı ilə İltimas Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Ölkə başçısının digər sərəncamı ilə Elmir Tofiq oğlu Vəlizadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Modern.az