Modern.az

Ali Hərbi Məktəbə kursant qəbulu başladı

Ali Hərbi Məktəbə kursant qəbulu başladı

Təhsil

25 İyul 2014, 11:28

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2014/2015-ci tədris ili üçün kursant qəbuluna müsabiqə elan edir. Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komisiyasına (TQDK) istinadən xəbər verir ki, müsabiqədə 2014-cü ildə digər xüsusi təyinatlı təhsil müəssisələrində (DİN-in Polis Akademiyası, MTN-nin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası) xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş, I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal, III ixtisas qrupu üzrə isə 200 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunan abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilir və onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dən 31-dək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət edə bilərlər. 
Məlumat üçün əlaqə telefonları: (012)-513-04-51, (012)-560-27-00.

 

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi