Düşmən 2 Əlibəyli sakinini yaralayıb; kənd 2 saatdan artqıdır ki, ermənilərin intensiv atəşi altındadır.
Modern.az xəbər verir ki, Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradovun ANS PRESS-ə verdiyi məlumata görə, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır. "Güllə onun boyun nahiyyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir", - deyə baş həkim bildirib.
Qeyd edək ki, kənd sakinləri intensiv olaraq atəşə tutulduqları barədə mətbuata məlumat veriblər.
Modern.az