Avropa Birliyi Ukrayna məsələsi ilə əlaqədar tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi bununla bağlı daha 15 fiziki şəxsi, 18 hüquqi şəxsi və 18 şirkəti sanksiya siyahısına əlavə edib.
Sanksiyaya məruz qalan insanların Avropa Birliyi ölkələrinə girişi qadağa ediləcək və onların bu regiondakı bütün aktivləri dondurulacaq. Laki sanksiya paketinə düşmüş adamların və şirkətlərin adları hələlik açıqlamır.Məlumata görə Krımın Rusiyaya ilhaqını dəstəkləyən iş adamları, Rusiyadan olan vəzifə sahibləri sanksiyaya məruz qalacaq. Lakin Ukraynanın və Rusiyanın böyük şirkətlərinin “qara siyahı” ya daxil edilməyəcəyi bildirilib.
Bununla da “qara siyahı” ya düşənlərin sayının 87-yə yüksəlməsi bildirilir.
“Bloomberg” nəşrinin yazdığına görə siyahıya Çeçenistan prezidenti Ramzan Kadırov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Bortnikovun da adları daxil ediləcək.
Modern.az