Modern.az

Ramzan Kadırov “qara siyahı”ya düşdü

Ramzan Kadırov “qara siyahı”ya düşdü

26 İyul 2014, 10:04

Avropa İttifaqı Ukraynadakı situasiyaya görə sanksiya tətbiq olunan şəxslərin və şirkətlərin siyahısını genişləndirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “qara siyahı”ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin rəhbəri Mixail Fradkov, Təhlükəsizlik Şurasının üzvləri Nikolay Patruşev, Boris Qrızlov və Rəşid Nurqaliyev, Çeçenistanın rəhbəri Ramzan Kadırov da düşüblər.

Beləliklə, “qara siyahı”dakıların sayı daha 15 nəfər artıb. Bu siyahıya daha 18 şirkət və təşkilat da əlavə olunub. İndi ümumilikdə 87 hüquqi və fiziki şəxsə sanksiya tətbiq olunub. Onların hamısına 2014-cü ilin noyabr ayına qədər Avropa İttifaqına səfər etmək qadağan olunub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir