Modern.az

Putinin Amsterdamda yaşayan qızı yoxa çıxıb

Putinin Amsterdamda yaşayan qızı yoxa çıxıb

26 İyul 2014, 10:38


Rusiya dövlət başçısı Vladimir Pütinin Amsterdamda yaşayan qızı Mariya Putinanın Şərq Ukraynada Malayziya hava yollarına məxsus təyyarənin Putini dəstəklədiyi Rusiya meylli terrorçular tərəfindən raketlə vurulması söz-söhbətlərindən sonra şəhəri tərk etdiyi ortaya çıxıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşındakı Putinanın şəhərin turistlər üçün nəzərdə tutulan ərazisindəki 3,3 milyon dollar dəyərindəki lüks villasından təyyarənin vurulmasından sonra Hollandiyada Rusiyaya qarşı bir nifrət havasının meydana gəlməsinin ardından ayrıldığı iddia edilir.

Mariya və birlikdə yaşadığı hollandiyalı sevgilisi Jorrit Faasenin qonşularından biri “Təyyarə düşən bəri onları görmədik”, - deyib. Putinanın yaşadığı ev vurulan təyyarənin qalxdığı Amsterdamdakı hava limanından yalnız 30 kilometr məsafədə yerləşir.

Mariya və sevgilisinin təhlükəsizlikləri üçün Moskvaya uçduqları da təxmin edilir.






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir