Modern.az

Eldar İbrahimov:”Jirinovskinin həqiqətləri etiraf etməsi müsbətə doğru bir dəyişiklikdir”

Eldar İbrahimov:”Jirinovskinin həqiqətləri etiraf etməsi müsbətə doğru bir dəyişiklikdir”

26 İyul 2014, 11:27

st1:*{behavior:url(#ieooui) }

 

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski, nəhayət ki, haqq yoluna qayıtdı, Azərbaycanla bağlı həqiqətləri etiraf etmək gücünü özündə tapa bildi.

Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərindən olan Eldar İbrahimov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibətini bildirərkən dilə gətirib. Onun qeyd etdiyinə görə, daim antiazərbaycan mövqeyində dayanan, ermənilərə dəstək verən bir adamın, tanınmış və qalmaqallı siyasətçinin dilindən indi Azərbaycanla, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevlə, o cümlədən, onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevlə bağlı müsbət, pozitiv fikirləri, etirafları eşitmək, dinləmək çox xoşdur. Komitə sədri bildirib ki, əslində V.Jirinovskinin artıq həqiqəti söyləməkdən, etiraf etməkdən savayı yolu da qalmırdı, çünki hər hansı bir siyasətçi həqiqətləri, faktları bir kənara qoyub, yalanları doğru, olmayanları reallıq kimi bəyan etməklə uzun müddət siyasi səhnədə, siyasi meydanda qala və uğur əldə edə bilməz: “Bu səbəbdən də, o, əvvəl-axır ya həqiqətləri söyləməli, etiraf etməli, ya da indiyə kimi özünün uydurduğu yalanlara uymaqda, inanmaqda davam edərək siyasətdən, bütövlükdə real aləmdən uzaqlaşmalı idi. Görünür, nəhayət, Jirinovski gec də belə olsa, bu sadə həqiqəti anlayaraq,  indi həqiqətləri, reallıqları dilə gətirmək, etiraf etmək yolunu tutub. Ancaq indidən onu da tam dəqiq demək olmaz ki, o, axıracan bu mövqeyində qalacaq, yoxsa, yox, amma hər halda onun bu addımı özü də müsbətə doğru bir dəyişiklikdir, işartıdır. Bəli, Vladimir Jirinovskinin də dediyi, etiraf etdiyi kimi, ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqının ən düzgün seçimidir. Çünki başqa cür seçim Azərbaycanın yenidən ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərinə qayıtması, qaytarılması demək olardı.   Bizə isə birmənalı olaraq, bu, lazım deyildi, bizə 1993-cü ildən bu yana ayağa qaldırılan, dirçəldilən, dünyaya, Avratlantik məkana inteqrasiya edən, ən əsası isə müstəqil Azərbaycanı ayağa qaldıran, onu dünyada tanıdan ümummilli lider Heydər Əliyev siyasətinin  davam etdirilməsi və onun kursunun, onun əməllərinin layiqli davamçısı cənab İlham Əliyevin yenidən ölkə Prezidenti seçilərək, Azərbaycan növbəti qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparması lazım idi. Çox şükürlər olsun ki, elə həm 2003-cü və 2008-ci il, həm də sonuncu - 2013-cü il seçkilərində məhz gözlənilən baş verdi. Qədirbilən, müdrik Azərbaycan xalqı və seçicisi seçki məntəqələrinə gedərək, axışaraq  dövlət başçısı İlham Əliyevin namizədliyinə səs verdi və yenidən öz 5 illik taleyini gözünü qırpmadan, tərəddüd etmədən indiki ölkə Prezidentinə etibar, həvalə etdi”. E.İbrahimov onu da qeyd edib  ki, ümummilli lider H.Əliyevin 1993-cü ildən əsasını qoyduğu, həyata keçirdiyi balanslaşdırılmış, xüsusilə, qonşu və dost ölkələrlə strateji müttəfiqlik münasibətlərinin qurulmasını özündə ehtiva edən xarici siyasət kursu İ.Əliyevin 11 illik hakimiyyəti dövründə də uğurla davam etdirilib və etdirilməkdədir. “Məsələn, ötən əsrin 90-cı illərinin əvvəllərində naşı siyasətçilərin üzündən korlaşan Azərbaycan-Rusiya münasibətləri Heydər Əliyevin dövründə çox qısa müddət ərzində yenidən düzəldildi, qaydasına, yoluna salındı,  yüksək səviyyəyə qaldırıldı. İndi də bu xətt ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirilməkdədir və deyərdim ki, ən yüksələn istiqamət üzrə inkişafdadır. Bu gün həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Rusiya Prezidenti Vladimir Putin iki ölkə və xalq arasında münasibətlərin, əlaqələrin daha da yaxşılaşdırılması və genişləndirilməsi istiqamətində böyük addımlar atmaqda, misilsiz xidmətlər göstərməkdədirlər. Bu gün Azərbaycanla Rusiya iki strateji müttəfiq və dost ölkələrdir.  Bu baxımdan,  ölkələrimiz arasında  münasibətlərin bugünkü durumuna, inkişafına da heç kim müdaxilə edə, mane ola bilməz. Bu yöndə istənilən cəhdlər uğursuzluğa məhkumdur. Son olaraq  bir daha onu qeyd etmək istəyirəm ki, uzun illər az qala Azərbaycana qarşı  düşmənçilik mövqeyini sərgiləyən Vladimir Jirinovskinin məlum addımını müsbət qiymətləndirir və davamlı olsun, deyirəm” - deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.(gün.az)

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir