Bu gün səhərə olan bəzi məlumata görə, Azərbaycanın cənubundakı meşələrdə yanğınlar davam edirdi. Modern.az saytının xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi az öncə xəbər verib ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) və Lənkəran rayonu, Hirkan Milli Parkının dağlıq meşə zolağı ərazisində baş vermiş yanğınlar 11:30-da tam söndürülüb. Bu barədə əlavə məlumat veriləcək.
Modern.az