Modern.az

“Qızıl Xaç”ın nümayəndələri Xankəndində saxlanılan girovlarla görüşdü

“Qızıl Xaç”ın nümayəndələri Xankəndində saxlanılan girovlarla görüşdü

26 İyul 2014, 15:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Kəlbəcərdə girov götürülən soydaşlarımızla bağlı yeni məlumat verib.
Komitədən Modern.az saytına daxil olan məlumatda deyilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan  Respublikasının vətəndaşı olan  Şahbaz Quliyevlə görüş keçiriblər.

“Göstərilən girovlar və Həsən Həsənovun meyitinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq”-deyə “Dövlətqaçqınkom” bəyan edib.

Qeyd edək ki, Ermənistan tərəfi iyulun 11-də iki Azərbaycan vətəndaşının girov götürüldüyü  haqqında məlumat yayıb.  Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Girov düşmüş 3-cü şəxsi - Həsən Həsənovu isə ermənilər öldürdüklərini deyirlər... 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir