Ramazan bayramı ilə əlaqədar Azərbaycanda üç gün dalbadal (27, 28, 29 iyul) qeyri-iş gününün olması Bakıdan rayonlara gedənlərin sayına təsir edib
. Modern.az saytının əməkdaşı iyulun 26-da Bakı avtovğzalında respublikanın Qərb və Cənub bölgəsinə işləyən marşrutlarda basabas yarandığını müşahidə edib.
Məlum olub ki, hər iki istiqamətə işləyən avtobuslarda sərnişin sıxlığı yarandığından həmin zonalaradakı rayonlara getmək istəyənlər bilet tapa bilmirlər. İyulun 26-da onlarla sərnişin avtovağzaldan bölgələrə doğru hərəkət edə bilməyib. Bu vəziyyətin iyulun 27-də də təkrarlanacağı gözlənilir.
Bakı avtovğzalından bunu bayramla əlaqədar bölgələrə gedənlərin çoxalması ilə əlaqələndiriblər. Eyni zamanda bildirilib ki, bölgələrə getmək istəyənlər təkcə Bakıda işləyən rayon sakinləri deyil, istirahət üçün həmin yerlərə üz tutanlar da sərnişin sıxlığının yaranmasına səbəb olub. Bəziləri 3 günlüyə də olsa hansısa rayonda istirahət etməyi düşünür.
Bu isə süni qiymət artımına da səbəb olub. Bəzi sürücülər fürsətdən istifadə etməyə cəhd göstəirirlər.
Modern.az