Modern.az

Bu, Putinin qızı deyilmiş

Bu, Putinin qızı deyilmiş

Təhsil

27 İyul 2014, 12:55


Uzun müddətdir Rusiya prezidenti Vladimir Putinin qızlarının harada olduqlarını, necə və kimnlə yaşadıqlarını araşdıran dünya mətbuatı, sən demə hələ də dəqiq məlumat əldə etmək imkanında deyil. Bu isə onu göstərir ki, Putin qızlarını əməlii-başlı dünyanın harasında yaşamalarından asılı olmayaraq təkcə mediadan deyil, hətta ən yaxın ətrafdan təcrid olunmuş vəziyyətdə saxlaya bilir. Malayziyaya məxsus təyyarə Ukraynanın Donetsk vilayətində Rusiya meylli terrorşular tərəfindən raketlə vurulandan sonra Putinin 29 yaşlı qızı İrina yenidən gündəmə gəldi. Səbəbsiz deyildi. Çünki Amsterdamdan Puala-Lumpura uçuş həyata keçirən təyyarədə həlak olan sərnişinlərin əksəriyyəti Hollandiya vətəndaşları idilər. Qəzadan sonra Putinin Amsterdamda hollandiyalı sevgilisi ilə yaşadığı mənzili tərk etdiyi iddia olunurdu. Bu xəbərin nə qədər doğru olub-olmadığı hələ ki məlum deyil. Ancaq məlum olan odur ki, bununla bağlı KİV-də yayılan məlumatlarda yer alan fotolarda Putinin yanındakı qız İrina deyilmiş. Modern.az xarici mətbuata istunadən xəbər verir ki, həmin foto 2008-ci ildə çəkilib. “Müəllifi kimdir və ilk dəfə harada çap olunduğunu bilmirəm”, - Rusiya gənclər təşkilatının keçmiş əməkdaşı Darya Zaxarova bəyan edib.

Qeyd edək ki, “Daily Mirror”, “The Times Europe”, eləcə də “Daily News” və “The Daily Beast” kimi nəşrlər öz səhifələrində bu fotonu yerləşdirərək onu Putinin qızı İrina kimi təqdim ediblər. Darya Zaxarova əminliklə iddia edir ki, fotodakı məhz özüdür və Putinlə heç bir qohumluq əlaqəsi də yoxdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir