Modern.az

İcra hakimiyyəti imkansız ailələr üçün iftar süfrəsi açıb

İcra hakimiyyəti imkansız ailələr üçün iftar süfrəsi açıb

Təhsil

27 İyul 2014, 13:30
Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Müqəddəs Ramazan bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində, Bala Bəhmənli kəndində və 1 №-li Qayıdış qəsəbəsində şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr və bir qrup dindar üçün iftar süfrələri təşkil olunub.  İftar mərasimdə Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhu yad edilib. Qeyd olunub ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir. Bayram münasibəti ilə həmçinin Bakı, Sumqayıt, Şirvan şəhərlərində, o cümlədən ayrı–ayrı rayonlarda məskunlaşmış şəhid ailələri, Qarabağ əlilləri və maddi vəziyyəti ağır olan ailələrə  bayram sovqatı verilib. Rayonun bir çox yaşayış məntəqələrində iftar süfrələri təşkil olunub.


Modern.az
   
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir