Modern.az

TQDK hərbi liseylərə qəbul imtahanı keçirir

TQDK hərbi liseylərə qəbul imtahanı keçirir

27 İyul 2014, 13:36


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirir.

Modern.az saytı xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunub. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirakı gözlənilir. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir