Modern.az

Ərdoğandan Hakan Şükürə SƏRT mesaj

Ərdoğandan Hakan Şükürə SƏRT mesaj

28 İyul 2014, 16:54

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra bəzi açıqlamaları ilə yeni bir gündəm yaradıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, göz altına alınan polislərlə foto çəkdirən müstəqil millət vəkili Hakan Şükürlə bağlı iradlarını bildirməkdən vaz keçməyib. Ərdoğan bununla kifayətlənməyərək göz altındakı bəzi polislərdə mobil telefonların olmasına da sərt reaksiya verib: “Bir çoxunun əlində cib telefonu olduğu haqda məlumat aldım. Belə bir şey ola bilərmi? Ədliyyə nazirinə lazım olan şeyləri söylədim. Mafiyanın çetelərinin telefonu olduğunu bilirdik, paralel güvənliyin əlində də telefonların, onların-bunların olması, bağımsız deyən söylənilən bağımlı vəkllərin buraya gedib poz verməsi nəyin nə olduğu baxımından çox önəmlidir. Bunlar zənn edirəm ki, hər halda bu materialların içində yer alacaqdır”.  

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir