Modern.az

Ermənilərin yaraladığı gəncin vəziyyəti kafidir

Ermənilərin yaraladığı gəncin vəziyyəti kafidir

30 İyul 2014, 10:55

“Yaralı Fərid Məmmədovun əməliyyatı yaxşı keçib. Xəstənin vəziyyəti kafidir”. Bunu Modern.az-a bir neçə gün əvvəl ermənilərin açdığı atəş nəticəsində yaralanan 17 yaşlı gəncin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzdən bildiriblər.

Qeyd edək ki, iyulun 25 ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov Səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə xüsusi ambulans helikopterlə əməliyyat olunmaq üçün Bakıya gətirilib.

Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsində yerləşdirilən gəncin əməliyyatını  respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhim oğlu Rəhimov həyata keçirib.

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir