Modern.az

BMT Baş katibi Azərbaycan və Ermənistanı atəşkəsə çağırıb

BMT Baş katibi Azərbaycan və Ermənistanı atəşkəsə çağırıb

Təhsil

5 Avqust 2014, 08:22


BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ümumdünya təşkilatının rəsmi nümayəndəsinin bazar ertəsi yaydığı bəyanatında deyilir.

"O (Pan Gi Mun), bütün tərəfləri atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə zorakılıqdan çəkinməyə, həmçinin dialoqu davam etdirməyə çağırır", - bəyanatda bildirilir.

Baş katib, sənədə əsasən, Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirib, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığı ilə bölüşüb.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza