Modern.az

Demokratik İslahatçı Gənclər beynəlxalq təşkilatları ikili standartları dayandırmağa çağırdı

Demokratik İslahatçı Gənclər beynəlxalq təşkilatları ikili standartları dayandırmağa çağırdı

Təhsil

5 Avqust 2014, 09:36

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi  son günlər Azərbaycan-Ermənistan sərhəddində, Ermənistan silahlı qüvvələrinin ümumiyyətlə qoşunlarının  təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə bağlı beynəlxalq təşkilatlara, Avropa Parlamentinin yeni seçilmış millət vəkillərinə, beynəlxalq qeyri-hökumət təşkilatlarına, bir sıra dünya dövlətlərinin parlamentinə bəyanat ünvanlayıb.

Təşkilatdan  verilən məlumata görə, bəyanatda son günlər qoşunların təmas xəttində baş verən hadisələrə beynəlxalq qurumların laqeyd münasibəti qeyd olunaraq, onları ikili standartlara son qoymağa çağırılır : "Biz təssuflə bildiririk ki,  20 ildən artıq bir müddətdə bir sıra beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü işğal etməsi faktı etiraf edilsə də, bu günə kimi işğalçı dövlət heç bir sanksiyaya məruz qalmayıb. Bu isə, beynəlxalq təşkilatların ikili standart yürütməsindən xəbər verir”.

Bəyanatda qeyd edilib ki, bu gün baş verənlər fonunda beynəlxalq təşkilatların nə özləri, nə də bəyanatları  eşidilir: “ Biz sizlərdən cəbhədə şəhid olan gənc əsgərlərin hüquqlarının müdafiəsini tələb edirik. Eyni zamanda, 20 ildən çox müddətdə məcburi köçkün həyatı yaşamağa məhkum olmuş gənclərimizin hüquqlarının müdafiəsinə ədalətlı yanaşmanızı istəyirik”.

Bəyanatın  sonunda vurğulanır ki, biz - müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazırıq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza