Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. Modern.az-ın məlumatına görə, avqustun 1-ə kimi 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
İyulun 24-dən başlayan ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.
Misranə Həsənzadə