Modern.az

Ermənilərin yaraladığı gədəbəyli yeniyetmə evə buraxılıb

Ermənilərin yaraladığı gədəbəyli yeniyetmə evə buraxılıb

Təhsil

5 Avqust 2014, 10:47


“Ermənilərin açdığı atəş nəticəsində yaralanmış Gədəbəy rayon Göyəli kənd sakini Şəlalə Tağıyeva dünən ambulator müayinəyə buraxılıb”. Bunu Modern.az-a açıqlamasında Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənov deyib. Onun sözlərinə görə, yeniyetmə qızın evə buraxılması valideynlərinin təkidi ilə olub: “Onun vəziyyəti kafidir. Yaralının ayağında sıqın olub-olmamağı sabah bəlli olacaq. Valideynlər yeniyetmənin ayağını rengenə salmaq üçün Şəmkirə gedəcəklər”.

Qeyd edək ki, hadisə avqustun 3-də Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində baş verib. 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Rüfanə GÜNƏŞ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza