Modern.az

Ordumuzda iki bədbəxt hadisə - 2 əsgərimiz həlak oldu

Ordumuzda iki bədbəxt hadisə - 2 əsgərimiz həlak oldu

Təhsil

5 Avqust 2014, 10:55

Azərbaycan Ordusunda daha bir silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. 

Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

 Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 

Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 ***

Ordumuzda daha bir bədbəxt hadisə baş verib. Nəticədə Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza