Modern.az

Avtobus sürücülərinə vahid forma verilməsi ləngiyir

Avtobus sürücülərinə vahid forma verilməsi ləngiyir

5 Avqust 2014, 11:58


“Avtobus sürücülərinə vahid forma verilməsi məsələsi sentyabr ayına qalıb”.

Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib. Nazirlik rəsmisi məsələdəki yubanmanı yay mövsümü olması ilə əlaqələndirdi: “Yaydır, məsələdə məsul olan şəxslərin çoxu məzuniyyətdədir, ona görə də sentyabr ayını gözləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyi avtobus sürücüləri arasında nizam-intizam yaratmaq, həmçinin sərnişinlərə daha yaxşı xidmət göstərilməsi üçün sürücülərə qoyulan qaydaları sərtləşdirəcəyini açıqlamışdı. Daha səliqəli görünmələri üçün isə avtobus sürücülərinə göy və sarı rənglərdən ibarət vahid forma veriləcəyini bildirimişdi.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza