Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün başa çatır. Bu günədək 35621 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.
Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş edir ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, ixtisas seçiminin nəticələri yaxın günlərdə elan olunacaq və bu haqda ilkin məlumatlar TQDK-nın facebook səhifəsində veriləcək.
Misranə Həsənzadə