Modern.az

Avqustun 10-na kimi ölkə ərazisində küləkli hava olacaq

Avqustun 10-na kimi ölkə ərazisində küləkli hava olacaq

5 Avqust 2014, 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 6-da hava əsasən yağmursuz olacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-39 dərəcə, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Avqustun 6-dan 10-na kimi Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza