Modern.az

TİKA-nın dəstəyi ilə türkiyəli cərrahlar Azərbaycanda pulsuz əməliyyatlar edəcək

TİKA-nın dəstəyi ilə türkiyəli cərrahlar Azərbaycanda pulsuz əməliyyatlar edəcək

5 Avqust 2014, 14:21


TİKA-nın Azərbaycandakı nümayəndələri, “Lider Qadınlar” Birliyi ilə əməkdaşlıq çərçivəsində Ağstafa, Qazax, Şəmkir rayonlarında və Gəncə şəhərində olub, yerli strukturların rəhbərləri ilə o bölgədə gələcəkdə həyata keçiriləcək bir sira layihələr müzakirə edilib.

Bir neçə ildir ki, TİKA-nın dəstəyi ilə Beynəlxalq Yeryüzü Doktorlar təşkilatının xətti ilə tanınmş türkiyəli plastik cərrahlar tərəfindən imkansız və cərrahi müalicəyə ehtiyacı olan xəstələr müalicə edilir, müxtəlif bölgələrdən olan tibb işçiləri Türkiyənin tanınmış klinikalarında təcrübə mübadiləsinə göndərilir. 

Növbəti və ənənəvi belə bir aksiya 15-22 avqust 2014 tarixlərində həyata keçiriləcək. Bu tədbirləırin həyata keçirilməsində Yeni Azərbaycan Partiyası da çox yaxından içtirak edərək lazımı dəstək göstərir. 

Bu səfər zamanı  TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Polat və əməkdaşları TİKA-nın  Respublikamızda arıçılığın inkişafı ilə bağlı hazırda Gəncəbasar bölgəsində həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş seminarlarda iştirak edib, gənc arıçılarla görüşwb.

Görüşlərdə “Lider” Qadınlar Birliyinin sədri, Milli Məclisin  99 saylı Şəmkir kənd seçki dairəsindən olan deputatı Məlahət İbrahimqızı da iştirak edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza