Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Syerra Leone, Qvineya və Liberiya həcc yasağı qoyub. Modern.az-ın məlumatına görə, bu, həmin ölkələrdə “Ebola” virusunun tüğyan etməsi ilə əlaqədardır. Qadağaya səbəbindən hər üç ölkədən ümrə ziyarətinə gələn zəvvarlar Səudiyyə Ərəbistanına buraxılmayacaq. Syerra Leone, Qvineya və Liberiya vətəndaşlarına viza verilməməsindən əlavə hava limanlarında da nəzarət gücləndiriləcək.
Qeyd edək ki, hazırda “Ebola” virusundan 887 nəfər tələf olub.
Modern.az