Modern.az

“Erməni təşkilatları Azərbaycana qarşı fəal hərəkətə keçib” - Araşdırmaçı jurnalist

“Erməni təşkilatları Azərbaycana qarşı fəal hərəkətə keçib” - Araşdırmaçı jurnalist

5 Avqust 2014, 15:16

“Erməni mətbuatı son vaxtlar baş verən hadisələri də özlərinin apardıqları təcavüzkar siyasətə uyğun qurublar və Azərbaycan əsgərlərinin şəhid edilməsini növbəti dəfə erməni ordusunun uğuru kimi təqdim edirlər. Bu hadisələrdən sonra ermənilərin Qarabağda qan tökmüş terrorçuları yenidən səhnəyə çıxdılar. Erməni könüllülərini birləşdirən “Yerkrapa” yenə Azərbaycana hədələr yağdırmağa başladı. “Sardarabat” təşkilatı dünya ermənilərini Azərbaycana qarşı müharibə durumunda toplanmağa səslədi”.

Bunu Modern.az-a açıqlamasında jurnalist, tədqiqatçı Qafar Çaxmaqlı bildirib. Onun sözlərinə görə, ermənilərin bütün informasiya kanallarında cəbhədə 3 nəfərin ölümündən bəhs edilir:

“Məndə olan məlumata görə, erməni təşkilatlarının yaxın günlərdə bir toplantısı olacaq. Erməni informasiya orqanları xalqı ruhdan salmamaq üçün  ölüm hadisələrindən bəhs etmir. Bütün informasiya kanallarında cəbhədə 3 nəfərin ölümündən bəhs edilir. Azərbaycan informasiya məkanında yayılan 40 nəfərin və ya 71 nəfərin ölümü rəsmi qurumlar səviyyəsində təkzib olunur. Təbii ki, Azərbaycan tərəfini suçlayan və operativ şəkildə bizi qabaqlayıcı əks-informativ vasitələrdən də istifadə olunur. Bizim sağlam informasiya təbliğatımızı yayan saytlara haker hücumları da bu səbəbdəndir”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza